İdman · Yeni Sabah

Messi 1000-ci qola bir addım da yaxınlaşdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Messi 1000-ci qola bir addım da yaxınlaşdı xəbəri üçün şəkil

MLS çərçivəsində keçirilən matçda "İnter Mayami" səfərdə "Nyu İnglend Revolyuşn" klubunun qonağı olub.

“Yeni Sabah” xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşma qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ilk hissəsində meydan sahibləri üstünlüyü ələ alıblar. 53-cü dəqiqədə İlay Feynqoldun ötürməsini qola çevirən Daniel Qazdaq hesabı açıb və komandasını önə keçirib (1:0). Lakin ikinci yarıda səhnəyə dünya futbolunun əfsanəsi Lionel Messi çıxıb. 69-ci dəqiqədə Messinin ötürməsini qola çevirən Herman Berterame hesaba tarazlıq gətirib (1:1). Matçın sonlarına doğru – 83-cü dəqiqədə Telasko Seqoviyanın asistentliyindən yararlanan Lionel Messi özü fərqlənərək "İnter Mayami"yə qələbəni gətirən qola imza atıb (1:2). Dördpendirli pizza

Bu matçla birlikdə karyerasındakı qollarının sayını 937-yə, məhsuldar ötürmələrinin sayını isə 428-ə çatdıran Messi möhtəşəm performansını davam etdirərək komandasına növbəti vacib 3 xalı qazandırıb.

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑