İdman · Milli.az

“Barselona” Balde ilə bağlı qərarını verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Barselona” Balde ilə bağlı qərarını verdi xəbəri üçün şəkil

İspaniyanın "Barselona" klubu müdafiəçi Aleksandro Balde ilə yollarını ayırmaq variantını nəzərdən keçirir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi futbolçunu qış transfer dövründə icarəyə göndərməkdənsə, birdəfəlik satmağa üstünlük verir.

Klub rəhbərliyi yanvar ayında müdafiənin mərkəzini yeni oyunçu ilə gücləndirməyi qarşısına məqsəd qoyub. Bu transfer üçün tələb olunan maliyyə vəsaitinin Baldenin satışından əldə edilməsi planlaşdırılır.

23 yaşlı ispaniyalı futbolçuya Portuqaliyanın "Benfika" və İngiltərənin "Mançester Yunayted" klublarının maraq göstərdiyi bildirilir.

Qeyd edək ki, Aleksandro Balde cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla cəmi 4 oyunda meydana çıxıb və qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb. "Transfermarkt" portalı müdafiəçinin bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑