İdman · Baku.ws

"Qalatasaray"ın rusiyalı futbolçusunun sərbəstqalma qiyməti AÇIQLANDI

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Qalatasaray"ın rusiyalı futbolçusunun sərbəstqalma qiyməti AÇIQLANDI xəbəri üçün şəkil

"Qalatasaray"ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun müqaviləsində nəzərdə tutulan sərbəstqalma məbləği bəlli olub.

BAKU.WS xəbər verir ki, bu barədə futbolçunun agenti Vladimir Kuzmiçev "RİA Novosti"yə açıqlamasında məlumat verib.

Agentin sözlərinə görə, 21 yaşlı futbolçunun müqaviləsindəki sərbəstqalma məbləği 55 milyon avro təşkil edir.

Kuzmiçev Avropanın aparıcı klublarının hazırda Batrakova konkret maraq göstərməsi barədə məlumatlarının olmadığını bildirib. O qeyd edib ki, potensial alıcılar futbolçunun yeni komandasında və fərqli çempionatda çıxışını daha uzun müddət izləmək istəyirlər.

Agentin fikrincə, bir neçə oyunun nəticəsinə əsasən futbolçunun gələcəyi ilə bağlı yekun qərar vermək düzgün olmaz.

Qeyd edək ki, Aleksey Batrakov 2026-cı ilin yayında Moskva "Lokomotiv"indən "Qalatasaray"a 25 milyon avroya transfer olunub. Onun İstanbul təmsilçisi ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.

Razılaşmaya əsasən, "Lokomotiv" futbolçunun gələcək satışından əldə ediləcək mənfəətin 15 faizini alacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑