Əvəzedicilər Liqasında VIII tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, sonuncu gündə bir qarşılaşma baş tutub. “Neftçi”nin ikinci komandası derbidə “Qarabağ”la üz-üzə gəlib. Matç “ağ-qaralar”ın qələbəsiylə başa çatıb – 2:0.
“Neftçi”nin qollarını Adama Diarra və Elcan Əbilov vurub.
Bu qələbədən sonra bakılılar 12 xalla 5-ci sırada qərarlaşıb. “Qarabağ-2” isə 21 xalla ikinci pillədədir.



