İdman · İdman.biz

Vəli Qasımov: “İstedadlı uşaqların inkişafındakı durğunluğun qarşısı alınmalıdır”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vəli Qasımov: “İstedadlı uşaqların inkişafındakı durğunluğun qarşısı alınmalıdır” xəbəri üçün şəkil

“Azərbaycanda uşaq futbolunun inkişafı üçün istedadlı uşaqların inkişafındakı durğunluğun qarşısı alınmalıdır”.

Bunu “Şamaxı” akademiyasının rəhbəri Vəli Qasımov deyib.

Mütəxəssis AFFA-nın texniki direktoru Edmond Klaus və digər klubların akademiya rəhbərləri ilə keçirilən görüş barədə fikirlərini bölüşüb.

“İclasda uşaq futbolunun gələcəyi, mövcud problemlər və onların həlli yolları barədə geniş fikir mübadiləsi apardıq. Hələlik konkret qərar qəbul olunmasa da, belə görüşlər inkişaf baxımından vacibdir. Edmond Klaus Avropa təcrübəsini Azərbaycanda tətbiq etmək istəyir. Onun öz strategiyası və görmək istədiyi işlər var”, - deyə o report.az-a açıqlamasında söyləyib.

O, akademiyalardakı əsas çətinliklərə diqqət çəkib:

“Bütün klublarda ideal akademik şərait, uşaqların yaşayışı, qidalanması və meydançalar istənilən səviyyədə deyil. Çempionatların keçirildiyi bəzi meydançalar tələblərə tam cavab vermir. Mövcud imkanlarla çalışırıq, çatışmazlıqları isə zamanla aradan qaldırmaq lazımdır”.

Akademiya rəhbəri istedadlı uşaqların inkişafının vacibliyini vurğulayıb:

“Ölkədə istedadlı uşaqlar çoxdur, lakin müəyyən yaşa çatdıqdan sonra onların inkişafında durğunluq yaranır. Bunun qarşısını almaq üçün gənc futbolçulara diqqəti artırmalı və fərdi məşqlərə üstünlük verməliyik”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑