İdman · İdman.biz

Mahmud Sadıqov “Araz-Naxçıvan”ın Çempionlar Liqasında mübarizəni dayandırmasının səbəblərini açıqlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mahmud Sadıqov “Araz-Naxçıvan”ın Çempionlar Liqasında mübarizəni dayandırmasının səbəblərini açıqlayıb xəbəri üçün şəkil

“Araz-Naxçıvan”ın futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırmasına heyətin təcrübəsizliyi və rəqiblərin üstünlüyü səbəb olub”.

Bunu Naxçıvan təmsilçisinin prezidenti Mahmud Sadıqov deyib.

Klub rəhbəri komandanın yalnız yerli oyunçulardan təşkil olunduğunu bildirib.

“Yarışa yola düşərkən rəqiblərimizin bizdən güclü olduğunu bilirdik. Heyətimizdə ciddi dəyişikliklər edilib və yalnız yerli futbolçulardan ibarət komandamız var. İki məşqdən sonra çıxdığımız ilk matçda qalib gəlsək də, digər görüşlərdə həm gücümüz çatmadı, həm də beynəlxalq təcrübəsi olmayan oyunçularımızın təcrübəsizliyi sözünü dedi. Rəqiblərimiz həqiqətən ciddi və güclü idi”, - deyə o report.az-a açıqlamasında söyləyib.

O, futbolçuların nümayiş etdirdiyi mübarizədən razı qaldığını vurğulayıb:

“Buna baxmayaraq, oyunçuların nümayiş etdirdiyi əzmkarlıqdan məmnun qaldım. Hər üç matçda sonadək mübarizə apardılar. Çətinliklə qol vurduğumuz halda, təcrübəsizlikdən rəqibə hədiyyə etdiyimiz asan qollar buraxdıq. İnanıram ki, bu komanda Azərbaycan çempionatında daha yaxşı çıxış edəcək”.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci qrupunda Macarıstanın “Uypeşt” klubuna 5:4 hesabı ilə qalib gəlsə də, Bosniya və Herseqovinanın “Buba Mara” (3:5) və Polşanın “Piast” (0:5) kollektivlərinə uduzaraq qrupu üç xalla başa vurub və mübarizəni dayandırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑