İdman · Apasport.az

"İnter" onunla yeni müqavilə imzalayacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"İnter" onunla yeni müqavilə imzalayacaq xəbəri üçün şəkil

"İnter" müdafiəçi Federiko Dimarkonun müqaviləsinin müddətini artıracaq.

Apasport.az xəbər verir ki, bu barədə "Football İtalia" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, A Seriyası təmsilçisi artıq İtaliya milli komandasının üzvü ilə şifahi razılıq əldə edib. 28 yaşlı sol cinah müdafiəçisi ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, Federiko Dimarko "İnter"in yetirməsidir. Təcrübəli futbolçu cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑