İdman · AZƏRTAC

Azərbaycan idmançısı IMMAF Dünya Çempionatında ilk qələbəsini qazanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan idmançısı IMMAF Dünya Çempionatında ilk qələbəsini qazanıb xəbəri üçün şəkil

Tbilisi, 2 noyabr,

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən IMMAF Dünya Çempionatında Azərbaycan millisinin üzvü Həsən Muhamqazi ilk qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, 61,2 kiloqram çəki dərəcəsində, 18-20 yaş kateqoriyasında mübarizə aparan idmançımız Anqola təmsilçisi ilə qarşılaşmada rəqibinə vaxtından əvvəl qalib gəlib.

Azərbaycan millisi çempionatda MMA Federasiyasının prezidenti Rövşən Həsənovun rəhbərliyi ilə iştirak edir.

Yığmamızın heyətində Ələkbər Mahmudov, Qabil Əlizadə, Saleh Cəfərov, İsmət Bədəlov, Həsən Muhamqazi, Əli Ataşov və Elmir Allahverdiyev yer alıb.

Komandanın meneceri Səidə Osmanova, məşqçiləri Şəhriyar Abbasov, Hacı Allahverdiyev və Natiq Novruzzadədir. Yarışda Azərbaycanı hakim kimi Anar Qurbanov təmsil edir.

Qeyd edək ki, IMMAF Dünya Çempionatı noyabrın 1-dən 7-dək Tbilisidə keçirilir. Yarışda 60-dan çox ölkədən 820-dən artıq idmançı iştirak edir.

Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑