İran yenidən hərbi əməliyyatlar başlayacağı təqdirdə qonşuölkələrindən ABŞ-yə dəstəkdən imtina tələb edib.
"Yeni Sabah" RIA Novosti-yə istinadla xəbər verir ki, bunu parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fədahüseyn Məliki bildirib.
"Regional ölkələrə ABŞ-yə hər hansı bir dəstəkdən imtina üçün ultimatum verildi. 40 günlük müharibə zamanı ABŞ-nin İrana hücum üçün istifadə etdiyi istənilən ölkənin ərazisindəki bazalara zərbələr endirdik", - Məliki vurğulayıb. Pepperoni pizza
Onun sözlərinə görə, hərbi əməliyyatlar yenidən başlayarsa, Tehran hansı ərəb və digər regional dövlətlərin Amerika qoşunlarını dəstəkləməyə hazır olduğunu müəyyən edə biləcək. İran bu məlumatı əvvəlcədən onlara çatdırıb və hazırda vəziyyəti izləyir.
Məliki qeyd edib ki, Tehran bu ölkələri düşmən hesab edilə bilər.



