Dünya · Modern.az

Generala qarşı korrupsiya ittihamları irəli sürülüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Generala qarşı korrupsiya ittihamları irəli sürülüb
Generala qarşı korrupsiya ittihamları irəli sürülüb

Rusiyanın Moskva vilayəti üzrə polis idarəsinin keçmiş rəis müavini, general-mayor Sergey Malkova qarşı yeni ittihamlar irəli sürülüb.

Modern.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Məlumata görə, Malkov xüsusilə külli miqdarda mənimsəmə və rüşvət almaqda ittiham olunur. İstintaqın versiyasına əsasən, general 2025–2026-cı illərdə eyni sahibkardan ümumilikdə 7,55 milyon rubl rüşvət alıb. O, həmçinin polis avtomobilləri üçün nəzərdə tutulan benzin və dizel yanacağının mənimsənilməsi işi üzrə də ittiham olunur.

İstintaq hesab edir ki, dövlətə məxsus yanacaq polis avtomobillərinə deyil, özəl yanacaqdoldurma məntəqələri şəbəkəsinə yönəldilib. İş üzrə dəymiş zərərin 600 milyon rubl olduğu bildirilir.

66 yaşlı keçmiş general əvvəllər ev dustaqlığına buraxılsa da, məhkəmə qərarına əsasən yenidən istintaq təcridxanasına göndərilib. Buna səbəb onun iş üzrə şahidlə təkrar əlaqə saxlaması və restoranlardan birində nahar etməsi olub.

Malkovun vəkili ittihamları əsassız sayıb və həbs qərarından şikayət verdiyini bildirib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑