Dünya · Axar.az

Tramp Putinin qurbanına çevrilib, Zelenski isə...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Putinin qurbanına çevrilib, Zelenski isə... xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Ukraynanı kapitulyasiyaya məcbur etməyə çalışmır, əksinə, Rusiyanın uğurlu informasiya əməliyyatının qurbanına çevrilib.

Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” nəşri mənbələrə istinadla məlumat yayıb.

“Aralıq seçkilər ərəfəsində reytinqlərinin kəskin aşağı düşməsi Trampı təşvişə salıb. Ukrayna Prezidenti Vladimir Zelenski isə onun üçün əlverişli günah keçisidir. Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Putinin motivlərini millətçiliklə deyil, iqtisadi və ərazi maraqları ilə əlaqələndirməklə səhvə yol verirlər. Bu isə onları Rusiyanın manipulyasiyalarına qarşı həssas edir. Tramp dəhşətli vəziyyət yaradır, lakin o, eyni zamanda səfehlərdən də asılıdır”, - mənbə bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑