Dünya · Azxeber.com

ABŞ Yaxın Şərqdəki diplomatların təcili təxliyəsinə başladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Yaxın Şərqdəki diplomatların təcili təxliyəsinə başladı xəbəri üçün şəkil
ABŞ hakimiyyət orqanları İran tərəfindən mümkün hücumlarla bağlı xəbərdarlıqlar fonunda Yaxın Şərqdəki bir sıra diplomatik missiyalardan diplomatların və onların ailə üzvlərinin təcili təxliyəsinə başlayıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə CNN müxtəlif mənbələrə istinadən məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, "bu təxliyyə xoşagəlməz və xaotik bir "déjà vu” (təkrarlanma) halı kimi xarakterizə olunur. Belə ki, hazırda ölkəni tərk edənlərin bir çoxu İranla gərginliyin ən yüksək həddə çatdığı vaxtda oradan getmiş, lakin bu yaxınlarda öz vəzifə yerlərinə qayıtmışdılar”.
ABŞ Dövlət Departamentinin 23 oktyabr tarixli memorandumunda bildirilir ki, İran amerikalı heyəti müəyyən etmək və hədəfə almaq istiqamətindəki səylərini əhəmiyyətli dərəcədə gücləndirib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑