Dünya · Azxeber.com

İordaniyada kilsəyə hücum: Ölənlərin sayı 8-ə çatıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İordaniyada kilsəyə hücum: Ölənlərin sayı 8-ə çatıb xəbəri üçün şəkil
İordaniyanın Əl-Kərək şəhərindəki pravoslav kilsəsinə terrorçuların hücumu zamanı ağır yaralanan qadın müalicə aldığı yerli xəstəxanada vəfat edib. Krallığın Səhiyyə Nazirliyinin açıqlamasına görə, bununla da terror aktı nəticəsində həlak olanların ümumi sayı səkkizə yüksəlib.
AZXEBER.COM "Oxu.Az”a istinadən xəbər verir ki, səhiyyə naziri İbrahim əl-Baddurun verdiyi məlumata əsasən, hazırda 27 yaralı tibb müəssisələrində qalmaqdadır.
"Səkkiz zərərçəkmiş Şahzadə Əli bin Hüseyn hərbi hospitalına köçürülüb, həkimlər onlardan ikisinin vəziyyətini kritik olaraq qiymətləndirirlər", - deyə nazir qeyd edib.
Məlumata görə İordaniyanın xüsusi xidmət orqanları kilsəyə hücum təşkil edən terror qruplaşmasının üzvlərini hələlik saxlaya bilməyib. Cinayətkarların axtarış tədbirləri davam etdirilir.
Əmman və digər böyük şəhərlərdə təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib.
Xatırladaq ki, cümə günü üç terrorçu Əl-Kərək əyalətinin Hammud bölgəsində yerləşən Müqəddəs Georgi pravoslav kilsəsinin önündə atəş açıb. Dəfn mərasimi gedişatında həyata keçirilən silahlı basqın nəticəsində səkkiz nəfər həyatını itirib, 34 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İordaniya Kralı II Abdullah xəstəxanalarda olan yaralıları şəxsən ziyarət edərək, terror aktını törədənlərə ən sərt şəkildə cavab veriləcəyini bəyan edib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑