Dünya · Axar.az

Sofiyada federasiya prezidenti öldürüldü: 2 türk saxlanıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sofiyada federasiya prezidenti öldürüldü: 2 türk saxlanıldı xəbəri üçün şəkil

Sofiyada Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti, yerli Taekvondo Federasiyasının prezidenti Slavi Binev öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə "Nova" telekanalı məlumat yayıb.

Bildirilib ki, o, başından güllələnib.

Qətl barədə məlumat alındıqdan təxminən 1 saat sonra yerli polis 3 nəfəri – bir Bolqarıstan vətəndaşını, iki Türkiyə vətəndaşını saxlayıb.

Cinayətin motivinin nizama salınmamış maliyyə münasibətləri olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑