Rusiya müharibənin 1704-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 270 125 PUA-sı, 672 zenit-raket kompleksi, 31 380 tank və digər zirehli texnikası, 1 792 reaktiv yaylım atəş sistemi, 36 802 artilleriya və minaatanı, 75 474 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.



