Rusiya-Ukrayna müharibəsi qarşılıqlı hava hücumları ilə davam edərkən, Rusiya Prezidenti Putin Ukraynanın müharibədə itirdiyi ərazi ilə bağlı diqqət çəkən açıqlama verib.
Putin Zelenskinin sülhə nail olmaq üçün “Ukrayna ərazisinin bir hissəsinin itirilməsini qəbul etməyə hazır olduğu” barədə açıqlamasını yersiz adlandırıb və qeyd edib ki, sözügedən ərazilər tarixən Rusiya əraziləridir(?).
"Ukrayna “itirilmiş ərazilərdən” danışa bilməz. Onlar tarixən Rusiya torpaqlarıdır. Üstəlik, bu ərazilərdə yaşayan insanlar, birincisi, dövlət müstəqilliyinə, ikincisi isə Rusiya Federasiyası ilə yenidən birləşməyə səs veriblər. Buna görə də, ərazi itkisindən danışmağın mənasız olduğunu düşünürəm" – deyə Putin bildirib.
Putin ABŞ Prezidenti Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla bu yaxınlarda keçirilən görüşdə noyabrın ortalarında ABŞ və Ukrayna ilə üçtərəfli danışıqlar aparmağa razı olduğunu açıqlayıb.
Tahir TAĞIYEV



