Bakı.Trend:
Yapon yazıçısı Ryü (Ryunosuke) Murakami vəfat edib
Yazıçının vəfatı barədə Yaponiyanın "Gentosha" nəşriyyatı məlumat yayıb.
Nəşriyyatın səhifəsində yayılan məlumata görə, yazıçı 2026-cı il oktyabrın 17-də, 74 yaşında vəfat edib. Vida mərasimində yalnız ailə üzvləri və ailənin yaxınları iştirak edib.
Məlumatda bildirilir ki, Murakaminin yaxınları şəxsi həyatlarına hörmətlə yanaşılmasını, onlara gül, pul ianələri və başsağlığı mesajlarının göndərilməməsini xahiş ediblər. Ailə üzvləri həmçinin KİV nümayəndələrindən müsahibə almaq məqsədilə onları narahat etməməyi istəyiblər.
1952-ci ildə Naqasakidə anadan olan Ryü Murakami 1976-cı ildə “Demək olar ki, şəffaf mavi” adlı debüt romanına görə "Akutaqava" mükafatına layiq görülüb. Kitab böyük marağa səbəb olub və 3,5 milyon nüsxə tirajla satılıb. 40-dan çox romanın müəllifi olan Ryü Murakaminin ən məşhur əsərləri arasında “Mavi rəngin bütün çalarları”, “Anbar kamerasının uşaqları” və “Miso şorbası” romanları yer alır.



