2026-cı ilin yayında Avropada anomal istilər səbəbindən 50 mindən çox insan həyatını itirib.
Globalinfo.az xəbər verir ki, bu barədə London İmperial Kollecinin Qrentem İnstitutunun tədqiqatçıları məlumat yayıblar.
Bildirilib ki, istilərlə əlaqəli artıq ölüm halları əhalisinin ümumi sayı təxminən 173 milyon olan 854 Avropa şəhərində qeydə alınıb:
“Artıq ölüm dedikdə faktiki ölüm sayı ilə gözlənilən ölüm sayı arasındakı fərq nəzərdə tutulur. İstilikdən ən çox zərər çəkənlər 85 yaşdan yuxarı insanlar olub. Malta, İtaliya, Macarıstan və Xorvatiyada isə istilərlə əlaqəli ölüm göstəriciləri daha yüksək qeydə alınıb”.
Bundan əvvəl Çikaqo Universitetinin İqlim Təsirlərinin Tədqiqi Laboratoriyasının və Kaliforniya Universitetinin (Berkli) alimləri xəbərdarlıq etmişdilər ki, güclü El-Ninyo hadisəsi ilə əlaqəli ekstremal istilər qarşıdakı altı ay ərzində dünyada təxminən 451 min insanın ölümünə səbəb ola bilər.
Əliyar Xəlil
Globalinfo.az



