Bu gün işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində minaya düşən şəxslər şəhid Ruhin Qəhrəmanovun ailə üzvləridir.
"Yeni Sabah" xəbər verir ki, Əşrəf Elman oğlu Qəhrəmanov Ruhin Qəhrəmanovun atası, Orxan Qəhrəmanov isə qardaşıdır.
Qeyd edək ki, Ruhin Qəhrəmanov 2016-cı il aprel ayının 2-də Lələtəpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Pepperoni pizza
Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Həmçinin Əşrəf Qəhrəmanov 1-ci Qarabağ müharibəsi veteranıdır./Oxu.az




