Xəbər verdiyimiz kimi, Cəbrayılda mina partlayışı nəticəsində Əşrəf Qəhrəmanov və oğlu yaralanıb.
Adalet.az xəbər verir ki, Əşrəf Qəhrəmanov 2016-cı il aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşdə şəhid olan Ruhin Qəhrəmanovun atasıdır.
Bu barədə bloger Tofiq Şahmuradov paylaşım edib.
Bildirilib ki, Ə.Qəhrəmanov özü də Birinci Qarabağ müharibəsi qazisidir.




