Hadisə · Publika.az

Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO xəbəri üçün şəkil

Cəbrayılda minaya düşən ata və oğul Aprel döyşləri şəhidinin ailə üzvləridir.

Publika.az xəbər verir ki, bu gün Dağmaşanlı kəndi ərazisində baş verən iki mina hadisəsində xəsarət alan şəxslərin şəhid Ruhin Qəhrəmanovun ailə üzvləri olduğu məlum olub.

Belə ki, minaya düşərək xəsarət alan 2000-ci il təvəllüdlü Orxan Qəhrəmanov şəhid Ruhin Qəhrəmanovun qardaşı, 1966-cı il təvəllüdlü Əşrəf Qəhrəmanov isə atasıdır.

Məlumata görə, Orxan Qəhrəmanov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Oğlunun hadisə zamanı xəsarət aldığını öyrənən Əşrəf Qəhrəmanov daha sonra həmin əraziyə gedib. Bu zaman o da piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Qeyd edək ki, Ruhin Qəhrəmanov 2016-cı il aprelin 2-də Lələtəpə yüksəkliyinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır. ("Qafqazinfo")

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑