Dünya · Yeni Çağ

Hindistan və ABŞ ticarət sazişini tezliklə imzalamaq istəyir - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hindistan və ABŞ ticarət sazişini tezliklə imzalamaq istəyir - Yeni Çağ xəbəri üçün şəkil

Hindistan və ABŞ hakimiyyətləri ikitərəfli ticarət sazişinin mümkün qədər tez yekunlaşdırılmasına sadiq olduqlarını təsdiqləyiblər.

Yenicag.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar və ABŞ dövlət katibi Marko Rubio Mumbayda keçirilən görüşdə ticarət, müdafiə, texnologiyalar və enerji təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

Rubio sazişin imzalanması üçün bəzi texniki məsələlərin razılaşdırılmalı olduğunu bildirib.

Qeyd edək ki, tərəflər 2030-cu ilədək ikitərəfli ticarət dövriyyəsini 500 milyard dollara çatdırmağı hədəfləyirlər. Sazişin birinci hissəsinin mart ayında imzalanması planlaşdırılsa da, bu, hələ baş tutmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑