Dünya · Ölkə.az

Şahzadə Harri ailəsi ilə barışmaq istəyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şahzadə Harri ailəsi ilə barışmaq istəyir xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, Şahzadə Harri bu barədə Nyu-Yorkda “GQ” jurnalına müsahibəsində bildirib.

Şahzadə Harri keçmişdəki şikayətlərə toxunaraq, baş verənlərin izlərinin tamamilə yox olmadığını, lakin irəliləməyin və məsələlərə yanaşmanı dəyişdirməyin hər kəs üçün faydalı olacağını vurğulayıb: "Bəzi insanlar münasibətlərin düzəlməsini istəmir. Amma mən bunun baş verməsini istəyirəm. Dünyada baş verən bütün hadisələri nəzərə alsaq, ən vacib məsələ barışmaqdır. Əsas məqam da budur".

2020-ci ildə İngiltərədən Amerikaya köçən cütlük bu yaxınlarda İngiltərəyə qayıdıb. Şahzadə Harri bildirib ki, onların qayıtmasında ən böyük amillər uşaqlarının təhsili və ailələrinə daha yaxın olmaları olub.

Uşaqların İngiltərədəki həyata və məktəbə nə qədər yaxşı uyğunlaşmasından məmnunluğunu ifadə edən Harri ailəsinə daha yaxın yaşamağın onun üçün vacibliyinə toxunub.(Teleqraf)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑