Dünya · Teleqraf

SEPAH sözçüsü: ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
SEPAH sözçüsü: ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib xəbəri üçün şəkil

BAKI, 20 oktyabr. TELEQRAF

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri İran qüvvələrinin təzyiqi altında Hörmüz boğazından ən azı 700 kilometr geri çəkilməyə məcbur olub.

Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, briqada generalı Hüseyn Mohebi bildirib.

İran televiziya kanalı SNN- in verdiyi məlumata görə, Mohebi bildirib ki, İran Amerika hərbi gəmilərini və freqatlarını Hörmüz boğazından çıxmağa məcbur edib.

"Körfəz müharibəsindən əvvəl Fars körfəzində 30-40 ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisi var idi, lakin indi onlar Hörmüz boğazından 700 km uzaqlaşıblar", - iranlı general qeyd edib.

Mohebi qeyd edib ki, Hörmüz boğazı 100% bağlıdır: "Əgər bir neçə kiçik gəmi naviqasiya sistemləri söndürülmüş halda boğazdan keçə bilirsə, bu, boğazın gəmiçilik üçün açıq olması demək deyil. Bu, oğurluq və qaçaqmalçılıqdır. ABŞ-nin Hörmüz boğazından qaçaqmalçılıq yolu ilə keçirdiyi neftin həcmi maksimum 1-2 milyon bareldir. Və buna böyük xərclər hesabına nail olunur".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑