Dünya · Axar.az

ABŞ İranın 7 şərtini yerinə yetirməlidir - Qalibaf

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ İranın 7 şərtini yerinə yetirməlidir - Qalibaf xəbəri üçün şəkil

İran əldə edilmiş razılaşmaları pozduqdan sonra ABŞ-a etibar etmir və indi Vaşinqton itirilmiş etimadı yalnız Tehranın yeddi şərtini yerinə yetirməklə bərpa edə bilər.

Axar.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Pakistan Müdafiə Qüvvələrinin rəisi, feldmarşal Asim Munir ilə görüşündə bildirib.

"Tramp administrasiyası iki tərəfin imzaladığı İslamabad memorandumunu pozduqdan sonra İranın ABŞ-a qarşı inamsızlığı daha da artıb. ABŞ yalnız əvvəllər Amerika tərəfinə təqdim edilən yeddi şərti yerinə yetirməklə İranın etimadını qazana bilər", - Qalibaf qeyd edib.

Parlament sədri vurğulayıb ki, İran müharibə istəmir, lakin milli ləyaqətini müdafiə etməyə tam hazırdır:

"Təhdidlər və hərbi manevrlər İslam Respublikasının strateji qərarlarını dəyişdirmək iqtidarında deyil və müharibə bataqlığından çıxmaq üçün addımlar atmalı olan ABŞ-dır".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑