İdman · Yeni Çağ

Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollandı - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollandı - Yeni Çağ xəbəri üçün şəkil

Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanovadan (65 kq) ibarət heyət oktyabrın 12-dən Almatıda dünya çempionatına hazırlıq məqsədilə son təlim-məşq toplanışına başlayıb.

Ayın 24-dək davam edəcək hazırlıq prosesi Qazaxıstan və Rumıniya yığmaları ilə birgə təşkil olunub. U-23 dünya çempionatı başa çatdıqdan sonra baş məşqçi əvəzi Toğrul Əsgərov da toplanışa qatılacaq.

Hazırlıq prosesində taktiki-texniki çalışmalara və rəqiblərin analizinə üstünlük verilir. Toplanış bitdikdən sonra komanda Almatıdan Astanaya yollanacaq.

Qeyd edək ki, mundialda qadın güləşi üzrə yarış 27-30 oktyabrda keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑