İdman · Futbolpress.az

Fransa klubu məhkəməyə müraciət edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransa klubu məhkəməyə müraciət edəcək xəbəri üçün şəkil

Fransanın “Lill” klubunun portuqaliyalı müdafiəçisi Tiaqo Santuş ağır zədə alaraq uzun müddətə sıradan çıxıb.

Futbolpress.az xəbər verir ki, “Havr”la matçın 17-ci dəqiqəsində rəqib futbolçu Amir Riçardsonun nəzarətsiz və təhlükəli müdaxiləsinə məruz qalan Santuş meydanı xərəklə tərk etmək məcburiyyətində qalıb. “Lill” rəsmi bəyanat yayaraq, futbolçunun diz çarpaz bağlarının və meniskinin qırıldığını təsdiqləyib.

Qarşılaşmanın baş hakimi Bastyen Deşepi bu epizodda yalnız cərimə zərbəsi təyin etməklə kifayətlənib və Riçardsona hətta sarı vərəqə də göstərməyib. VAR otağının da prosesə müdaxilə etməməsi “Lill” rəhbərliyinin kəskin etirazına səbəb olub. Fransa təmsilçisi hakimlər briqadasından və videoanaliz üzrə məsul şəxslərdən epizodla bağlı rəsmi izahat tələb edir.

Məsələ ilə bağlı daha kəskin addımlar atacağını açıqlayan “Lill” klubu hüquqi prosesə başlamağı planlaşdırır:

“Klub dəymiş ziyanın ödənilməsi üçün mümkün bütün hüquqi yolları araşdırır və məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. “Lill” öz hüquqlarını qorumaq üçün Tiaqonun atacağı hər bir addımda onun yanında olacaq”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑