Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu argentinalı ulduz Lionel Messi ilə uzun illər davam edən rəqabətindən danışıb.
İdman.Biz xəbər verir ki, portuqaliyalı futbolçu Messi ilə sağlam rəqabət apardıqlarını vurğulayıb.
“Elə illər olub ki, aramızda sağlam rəqabət yaşanıb. Bu, “Formula-1”də Ayrton Senna ilə Alen Prost arasındakı mübarizəyə bənzəyirdi”, – deyə Ronaldu bildirib.
Qeyd edək ki, braziliyalı Ayrton Senna 1988, 1990 və 1991-ci illərdə “Maclaren”in heyətində “Formula-1” üzrə dünya çempionu olub.
Fransalı Alen Prost isə 1985, 1986 və 1989-cu illərdə “Maclaren”, 1993-cü ildə isə “Uilyams” komandası ilə dünya çempionluğunu qazanıb.



