İdman · Baku.ws

Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı xəbəri üçün şəkil

Vinçenzo Montellanın istefaya göndəriləcəyi təqdirdə Türkiyə millisinin baş məşqçi namizədləri arasında adı hallanan Arda Turan "Şaxtyor Donetsk" klubunu yarı yolda qoymayacağını bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb.

"Uzun müddətdən sonra adım ətrafında insanların həmrəy olduğunu görmək həyəcanvericidir. Bu etimada və diqqətə görə sonsuz təşəkkür edirəm. Lakin bəlkə də gənc baş məşqçi kimi daha çox meydanda qalmalı, gənc yaşımda özümü daha da təkmilləşdirərək ölkəmin bayrağının dalğalanmadığı yerlərdə fəaliyyətimi daha yaxşı davam etdirməliyəm.

Milli komanda ilə adımın hallanması böyük qürurdur. Müharibə davam edərkən "Şaxtyor"u yarı yolda qoymayacağam", - deyə Arda Turan Türkiyə millisi ilə bağlı sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, gənc mütəxəssisin Ukrayna təmsilçisi ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑