PSJ-nin baş məşqçisi Luis Enrike dünyanın ən yaxşı qapıçısı ilə bağlı sualı cavablandırarkən maraqlı açıqlama verib.
İdman.Biz RMC Sport-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının hücumçusu Usman Dembelenin “Mançester Siti”nin qapıçısı Canluici Donnarummanı öz mövqeyində dünyanın ən yaxşısı hesab etməsinə münasibət bildirib.
“Dünyanın ən yaxşı qapıçısı? Mənim üçün bu, PSJ-nin üç qapıçısıdır. Amma Donnarumma da çox yaxşıdır. Cicinin ayrılmaq qərarını qəbul etmək mənim üçün çətin idi”, - deyə Enrike bildirib.
Qeyd edək ki, Donnarumma 2021–2025-ci illərdə PSJ-nin formasını geyinib. İtaliyalı qolkiper bu müddətdə bütün turnirlərdə 161 matça çıxıb və onların 53-də qapısını toxunulmaz saxlayıb.
2025-ci ildə “Mançester Siti”yə keçən Donnarummanın keçmiş komandasında hazırda Rusiya millisinin üzvü Matvey Safonov qapını qoruyur.




