İdman · Futbolpress.az

“Əl-Hilal”ın əfsanəsindən Ronaldoya mesaj

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Əl-Hilal”ın əfsanəsindən Ronaldoya mesaj xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun əfsanəvi qapıçısı Məhəmməd Əl-Deayya əzəli rəqib “Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldoya xüsusi müraciət ünvanlayıb.

Futbolpress.az xəbər verir ki, səudiyyəli sabiq futbolçu şəxsi “X” hesabında paylaşım edərək portuqaliyalı hücumçuya təşəkkürünü bildirib:

“Dünya ulduzu Ronaldoya ali mövqeyinə və ölkəm Səudiyyə Ərəbistanı Krallığına göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Onun Səudiyyə milli baş örtüyünü geyinməsi ehtiram mesajıdır. Həqiqi jestlər yaddaşlarda həmişəlik qalır və idmanın sərhədlərini aşaraq dərin hörmət qazandırır. Təşəkkür edirəm, Kriştiano Ronaldo. Səudiyyə Ərəbistanı Krallığı hər kəsin sevgisinə və sədaqətinə layiqdir”.

Ronaldo Asiya Çempionlar Liqası Elit mərhələsində Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə qarşılaşmadan (3:1) sonra Səudiyyə Ərəbistanı bayrağı əks olunan şərf və milli geyim adətləri ilə diqqət mərkəzinə düşüb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑