İdman · SİA

"Sabah"dan Çempionlar Liqasında MÖHTƏŞƏM QƏLƏBƏ! - (YENİLƏNİB)

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Sabah"dan Çempionlar Liqasında MÖHTƏŞƏM QƏLƏBƏ! - (YENİLƏNİB) xəbəri üçün şəkil

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start verilib. SİA xəbər verir ki, Azərbaycan çempionu “Sabah” turnirdə ilk ev oyununa çıxıb. Azərbaycan çempionu Praqa “Slaviya”sını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən matçı avstriyalı hakimlər idarə edib. Görüş "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ilk turda “Sabah” səfərdə “Mançester Yunayted”ə (0:4), “Slaviya” isə öz meydanında “Lans”a (2:3) uduzub.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, II tur

13 oktyabr

20:45. “Sabah” (Azərbaycan) - “Slaviya” (Çexiya) - 2:0

Qollar: Kahim Perris, 49, Coy Lens Mikels, 88

Hakimlər: Sebastian Qishamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann, Alan Kiyas (VAR), Josef Spurni (AVAR) Bakı Olimpiya Stadionu

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑