Petr Yan UFC-də Merab Dvalişvili ilə keçirəcəyi üçüncü döyüş öncəsi fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, bildirib ki, iki qarşılaşmadan sonra rəqibi barədə kifayət qədər məlumat toplayıb və bu dəfə daha hazırlıqlı olacaq.
Yan özünü hərtərəfli inkişaf etmiş döyüşçü hesab etdiyini deyib:
"Biz qəfəsdə 50 dəqiqə keçirdik. Bu müddətdə rəqibin nəyə hazırlaşdığını izləmək və düzəlişlər etmək imkanım oldu. Üçüncü döyüş gərgin və səs-küylü olacaq. Ümid edirəm, qalib gələcəyik. Merabın planının əsas hissəsi təzyiq göstərməkdir. Hər döyüşçünün öz taktikası var. Onun planı irəliləmək və təzyiq göstərməkdir, amma təzyiq altında almazlar yaranır". Yan əlavə edib ki, bəlkə də çəki dərəcəsini dəyişə bilərdi, lakin Aleks Volkanovski ilə dost olduğu üçün onunla döyüşmək istəməzdi.
Qeyd edək ki, Yan və Dvalişvili arasında üçüncü döyüş 24 oktyabrda, Əbu-Dabidə UFC 333-də baş tutacaq.



