Dünya · Yeni Çağ

Avropa İttifaqı Ukrayna ilə bağlı sülh danışıqlarına qoşulmaq istəyir - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa İttifaqı Ukrayna ilə bağlı sülh danışıqlarına qoşulmaq istəyir - Yeni Çağ xəbəri üçün şəkil

Avropa İttifaqı (Aİ) Ukrayna, Rusiya və ABŞ arasında keçiriləcək növbəti sülh danışıqlarında iştirak etmək niyyətindədir.

Yenicag.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Nəşrin məlumatına görə, Brüssel üçtərəfli danışıqlar formatının genişləndirilməsini və Avropa nümayəndələrinin də prosesə cəlb olunmasını istəyir.

Bildirilib ki, Aİ-nin əsas məqsədlərindən biri ABŞ-ın Ukrayna ilə bağlı mövqeyinə təsir göstərməkdir. Avropa rəsmiləri Vaşinqtonun siyasətindəki dəyişikliklərdən narahat olduqlarını bildirirlər.

Avropa Komissiyasının baş sözçüsünün müavini Ariana Podesta qeyd edib ki, növbəti danışıqların yüksəkvəzifəli nümayəndələrin iştirakı ilə çoxtərəfli formatda keçirilməsi gözlənilir.

“Biz hər zaman Ukraynanın güclü mövqedə olmasına çalışmışıq və ədalətli, davamlı sülhün əldə olunması üçün fəaliyyət göstərmişik”, – deyə Podesta bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı danışıqlarda həm Avropa Komissiyası, həm də Avropa İttifaqı Şurası səviyyəsində təmsil olunmalıdır.

Bununla belə, Avropa rəsmilərinin Rusiya nümayəndələri ilə birbaşa görüşüb-görüşməyəcəyi açıqlanmayıb.

Qeyd edək ki, ABŞ noyabr ayında Ukrayna və Rusiya ilə texniki səviyyədə üçtərəfli danışıqları bərpa etməyi planlaşdırır. Kiyev müxtəlif danışıqlar formatlarını dəstəklədiyini, Moskva isə müzakirələrə hazır olduğunu bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑