Dünya · Globalinfo.az

Bu türk ölkəsi tamamilə dəyişə bilər – Yeni versiya

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu türk ölkəsi tamamilə dəyişə bilər – Yeni versiya xəbəri üçün şəkil

Amerikanın “Nvidia” korporasiyasının həmtəsisçisi, prezidenti və baş icraçı direktoru Censen Huanq Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşü zamanı ölkəni fiziki süni intellekt (Physical AI) üzrə qlobal mərkəzə çevirməyi təklif edib.

Globalinfo.az xəbər verir ki, Huanq Qazaxıstanın “Süni İntellekt Milləti” (AI Nation) olmaq istiqamətindəki strateji hədəflərini yüksək qiymətləndirib.

O, bu texnologiyanın inkişafı üçün ölkənin zəngin enerji resurslarına, habelə elm və riyaziyyat sahəsində ixtisaslaşmış kadr potensialına ehtiyac olduğunu vurğulayaraq, Qazaxıstanın bu istiqamətdə böyük üstünlüklərə malik olduğunu qeyd edib.

“Nvidia”nın baş direktoru mövcud əməkdaşlığın nəticələrini yekunlaşdıraraq “Firebird AI KZ Ltd” və “Kazakhtelecom” kimi Qazaxıstan şirkətləri ilə tərəfdaşlıq əlaqələrinə toxunub. O, həmçinin artıq qlobal bazarda mühüm oyunçuya çevrilmiş Qazaxıstanın ilk texnoloji “təkbuynuzlu” (unicorn) şirkəti “Higgsfield AI”ə dəstəyini ifadə edib.

Tahir Turan
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑