Dünya · Azxeber.com

Tramp: İstəsək, İranın özünü ələ keçirə bilərik

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: İstəsək, İranın özünü ələ keçirə bilərik xəbəri üçün şəkil
İstəsək, İranın onun bütün neftini, hətta ölkəni ələ keçirə bilərik.
Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
"İran hazırda çox şey etməyə qadir deyil. İstəsək, onun bütün neftini, hətta bütün ölkəni ələ keçirə bilərik. Bildiyiniz kimi, Hörmüz boğazı tamamilə bizim nəzarətimizdədir. İndi müharibədən əvvəlki dövrlə müqayisədə boğazdan daha çox neft daşınır. İranla müharibəni tez bir zamanda bitirə və ya iqtisadi təzyiqi davam etdirərək ölkəni daha da zəiflədə bilərik. Sual budur ki, Vaşinqton müharibəyə tez son qoymağa çalışmalıdır, yoxsa münaqişənin tədricən səngiməsinə imkan verməlidir? İran çökmək ərəfəsində olan bir ölkədir. Onların pulu yoxdur. Bizin blokadamız artıq məqsədlərinə çatıb", - deyə o əlavə edib.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑