Avroparlamentarilər Bolqarıstan hökumətinin Rusiyadan gələn təhdidlərə reaksiyasından narazılıqlarını da ifadə ediblər.
Bizim.Media xəbər verir ki, onlar diplomatik bəyanatlarla kifayətlənməyərək konkret addımlar atmağa və aşağı hündürlüklərdəki hava təhdidlərinə qarşı yönəlmiş NATO-nun “Air Defence Capabilities Against Lower-level Air Threats” təşəbbüsündə iştirakı gecikdirməməyə çağırıblar.
Qeyd edək ki, Avropa Parlamenti həmçinin Avropa İttifaqını (Aİ) Qara dənizdə hərbi-dəniz əməliyyatı keçirməyə çağırıb. müvafiq qətnaməni 432 avroparlamentari dəstəkləyib, 52 nəfər əleyhinə səs verib, 88 nəfər isə bitərəf qalıb.
Deputatlar hücumlar fonunda gəmiçilik azadlığı və dəniz təhlükəsizliyinin NATO-nun şərq cinahının, Qara dəniz regionunun və Dunay çayının deltasının təhlükəsizliyinin təmin edilməsinin tərkib hissəsi olduğunu vurğulayıblar.
Bizim.Media




