Dünya · Modern.az

Messi nüfuzlu mükafatı İspaniya şahzadəsindən aldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Messi nüfuzlu mükafatı İspaniya şahzadəsindən aldı
Messi nüfuzlu mükafatı İspaniya şahzadəsindən aldı

ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi müxtəlif sahələrdə müstəsna xidmətlərə görə təqdim edilən nüfuzlu 2026-cı il Asturiya Şahzadəsi İdman Mükafatına (Premio Princesa de Asturias de los Deportes 2026) layiq görülüb.

Modern.az xəbər verir ki, argentinalı futbolçuya mükafatı İspaniya taxt-tacının varisi şahzadə Leonor təqdim edib.

Mükafatlandırma mərasimi oktyabrın 23-də İspaniyanın Asturiya bölgəsində keçirilib. Messi tədbirdən bir gün əvvəl həyat yoldaşı Antonella Rokutso ilə birlikdə İspaniyaya gəlib. Onun xanımı da mərasimdə iştirak edib.

Təşkilatçılar 39 yaşlı futbolçunun təkcə idman nailiyyətlərini deyil, xeyriyyəçilik sahəsindəki fəaliyyətini də yüksək qiymətləndiriblər.

Messi cari mövsümdə “İnter Mayami”nin heyətində 32 oyuna çıxıb, 29 qol vurub və 15 məhsuldar ötürmə verib.

Argentinalı hücumçunun komandası oktyabrın 25-də MLS çərçivəsində “Nyu-York Red Bullz”la qarşılaşacaq.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑