Dünya · Azxeber.com

Onları “siyasi şizofreniya”da ittiham etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Onları “siyasi şizofreniya”da ittiham etdi xəbəri üçün şəkil
Rusiya Prezidenti Vladimir Putin Avropada Rusiyadan gələn təhlükə və Moskva ilə mümkün müharibə barədə səsləndirilən fikirləri "siyasi şizofreniya” adlandırıb. O, Rusiyanın Avropa ilə müharibəyə hazırlaşmadığını, Ukrayna münaqişəsinin həlli üçün isə danışıqlara açıq olduğunu bildirib.
Putin bu barədə "Vesti” telekanalının jurnalisti Pavel Zarubinlə söhbətində danışıb.
Rusiya lideri Avropa ölkələrinin Moskvanı təhlükə kimi təqdim etməsini tənqid edərək bildirib ki, Rusiya ilə müharibəyə hazırlıq barədə danışmaq məntiqsizdir. Onun sözlərinə görə, bu yanaşmanın zamanla dəyişəcəyinə ümid edir.
Putin Rusiyanı döyüş meydanında məğlub etməyin və ölkəyə strateji məğlubiyyət yaşatmağın mümkün olmadığını da iddia edib. Onun fikrincə, Rusiyanın zəiflədilməsini hədəfləmək əvəzinə, onunla dinc yanaşı yaşamaq digər ölkələrin maraqlarına uyğundur.   ///qafqazinfo///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑