Dünya · Azxeber.com

Makrona son şans verildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Makrona son şans verildi xəbəri üçün şəkil
Fransa Prezidenti Emmanuel Makronun ölkəni xilas etmək üçün yalnız bir şansı qalıb.
Bu fikri etirazlar zamanı mağazalarına ziyan dəyən iş adamı Mişel Tebul "Fox News Digital"a verdiyi müsahibədə bildirib.
"Ya o (Emmanuel Makron, - red.)  ölkəni xilas edəcək, ya da Fransa üçün hər şey itiriləcək", - deyə o bildirib.
İş adamının sözlərinə görə, ötən həftə iğtişaşlara və talanlara çevrilən kütləvi etirazlar Fransa üçün "kritik bir sınaq"a çevrilib. Tebul əlavə edib ki, onun beş pərakəndə satış məntəqəsi talan edilib.
O, xəbərdarlıq edib ki, bəzi mağaza sahibləri yeni etirazlar gözləyərək artıq silah alıblar və hakimiyyətdən kifayət qədər qorunma gözləmədikləri üçün əmlaklarını özləri müdafiə etməyə hazırlaşırlar.   ///unikal///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑