Dünya · Teleqraf

Dörd ölkə Hörmüz boğazında maneəsiz gəmiçiliyin bərpasını tələb edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dörd ölkə Hörmüz boğazında maneəsiz gəmiçiliyin bərpasını tələb edib xəbəri üçün şəkil

BAKI, 24 oktyabr. TELEQRAF

Misir, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Hörmüz boğazında təhlükəsiz və maneəsiz gəmi hərəkətinin ən qısa zamanda tam bərpa olunmasına çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə dörd ölkənin xarici işlər nazirlərinin İstanbulda keçirilən görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib.

Nazirlər mülki gəmiçiliyə tətbiq olunan istənilən məhdudiyyətə qarşı olduqlarını vurğulayıb və gəmilərin Hörmüz boğazından təhlükəsiz, maneəsiz keçidinin bərpasını tələb ediblər.

Bəyanatda, həmçinin İran, İsrail və ABŞ arasında münaqişənin yalnız diplomatik yollarla və İslamabad anlaşma memorandumu çərçivəsində həll edilməli olduğu qeyd olunub.

Dörd ölkənin XİN rəhbərləri mülki infrastruktura və mülki şəxslərə, o cümlədən dəniz nəqliyyatı vasitələrinə hücumların qarşısının alınmasının vacibliyini vurğulayıblar. Onlar regionda gərginliyin daha da artmasına yol verilməməsinə çağırıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑