İran Prezidenti Məsud Pezeşkian gələn həftə Rusiyaya səfər edəcək. SİA xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Arakçı məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Pezeşkianın Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü və ikitərəfli danışıqları planlaşdırılır.
Bundan əlavə, onun Moskvada keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirakı gözlənilir.
Mətləb






