“Son vaxtlar yaş sindromuna girmişəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aktyor, Əməkdar artist Əkbər Əlizadə “Həyatın dadı” verilişində deyib.
Aktyor gənc qalmağın sirlərini açıqlayıb:
“Son vaxtlar yaş sindromuna girmişəm. Həmişə yaşımı soruşanda deyirdim, 40-ı keçmişəm, amma 50-yə çatmamışam. Amma 2027-ci ildə 50 yaşım olacaq. Təsəvvürümə gətirə bilmirəm ki, əsrin yarısını artıq yaşamışam. Bir var şəxsiyyət vəsiqəsindəki yaşımız, bir var kənardan bizə verilən yaş həddi, bir də özümüzü hansı yaşda hiss edirik.
Özümü 35 yaşda hiss edirəm. Yaşımdan cavan görünməyim genetikdir, dayılarım da yaşlarından çox gənc görünürlər. Bir də məşğul olduğumuz sənət bizi daim nikbin və baxımlı olmağa vadar edir. Eyni zamanda, toksik insanlardan uzaq dururam. Görəndə ki, o adamlarla ünsiyyət əhvalını təlx edir, həyatın gözəlliklərini yaxşı hiss etmək üçün onlardan uzaqlaşmaq lazımdır”.
Nehru

