Mədəniyyət · Yeni Sabah

“Onların Mehdisi, bizim Mixaylomuz”: Sənədli filmin premyerası keçiriləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Onların Mehdisi, bizim Mixaylomuz”: Sənədli filmin premyerası keçiriləcək xəbəri üçün şəkil

Noyabrın 2-də əfsanəvi partizan Mehdi Hüseynzadəyə (“Mixaylo”) həsr olunmuş “Onların Mehdisi, bizim Mixaylomuz” (“Njihov Mehdi, naš Mihajlo”) sənədli filmin premyerası keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, “RTV Slovenija”nın istehsal etdiyi film İkinci Dünya Müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə vuruşmuş igid Azərbaycan oğlunın qəhrəmanlıq yoluna işıq salır.

Çəkilişlər 2026-cı ilin mart ayında Novxanı kəndi, Oğuz və İsmayıllı rayonlarında aparılıb. Sezar pizza

Sənədli filmin ərsəyə gəlməsinə Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, Azərbaycan Dövlət Film Fondu və digər qurumlar tərəfindən dəstək göstərilib.

Filmin təqdimatı noyabrın 2-də, saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq, giriş sərbəstdir. 


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑