Mədəniyyət · Milli.az

Fanatı əməkdar artistə çətin anlar yaşatdı: "Ev ünvamı da tapıb" - (Video)

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fanatı əməkdar artistə çətin anlar yaşatdı: "Ev ünvamı da tapıb" - (Video) xəbəri üçün şəkil

Əməkdar artist Şölə Səfərəliyeva uzun illərdir onu izləyən fanatlarından biri ilə bağlı narahatedici məqamları açıqlayıb.

Milli.Az xəbər verir ki, sənətçi "Sevilən səhər" verilişində qonaq olarkən gizli heyranlarından danışıb. O, 2012-ci ildən, aparıcılığa başladığı vaxtdan bəri bir fanatının bütün fəaliyyətini diqqətlə izlədiyini və şəxsi həyatına müdaxilə etdiyini bildirib.

Şölə Səfərəliyevanın sözlərinə görə, həmin şəxs onun hansı verilişdə iştirak edəcəyini, harada və hansı mahnını ifa edəcəyini əvvəlcədən bilir. Ən narahatedici məqam isə fanatın sənətçinin evinə qədər gəlməsidir. Aktrisa ad günündə evinə tort, salat və hədiyyə zərfi göndərildiyini də söyləyib. O, həmin şəxsin kimliyini bildiyini, lakin adını açıqlamaq istəmədiyini qeyd edib.

Əməkdar artist başqa bir heyranının da hər gün səhər saat 5-6 radələrində ona sevgi etirafları yazdığını deyib. Sənətçi 70 yaşdan yuxarı olan bu şəxslərə necə münasibət göstərə biləcəyini sual edib.

Şölə Səfərəliyeva onu sevən və dəstəkləyən insanlara təşəkkür etsə də, bəzi fanatların həddindən artıq diqqətinin narahatlıq yaratdığını dilə gətirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑