Mədəniyyət · Yeni Çağ

Nahidə Orucova: “Sənətə gəldikləri bir il deyil, fəxri ad istəyirlər” - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nahidə Orucova: “Sənətə gəldikləri bir il deyil, fəxri ad istəyirlər” - Yeni Çağ xəbəri üçün şəkil

 

“İndikiləri pul, fəxri ad maraqlandırır. Sənətə gəldikləri bir il deyil, fəxri ad istəyirlər”.

Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist, aktrisa Nahidə Orucova “Sevilən səhər” verilişində deyib.

Aktrisa şəxsi həyatını sənətə qurban verdiyini bildirib:

“Qarşımda iki seçim qoydular: ya sənət, ya da ailə. Mən ailəmi sənətə qurban verdim. Övladıma istədiyim diqqəti verə bilmədim, çünki başım sənətə qarışdı. Karyeranı, populyarlığı düşünmürdüm, yalnız sənəti düşünürdüm. O vaxt hamımız beləydik, pul, fəxri adlar almaq barədə düşünmürdük. Tamaşaçı qəlbinə girib onların məhəbbətini qazanmaq istəyirdik. Amma indikilər belə deyil. Pulu düşünürlər, sənətə gəldikləri bir il deyil, fəxri ad istəyirlər. Ay balam, hələ siz gəlin bizim keçdiyimiz yolun yarısını keçin, sonra”.

Nehru

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑