Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında video yayımlayaraq mərhum həmkarı İlham Razinin ailəsi üçün yardım toplanıldığını bildirib.
Bu vəsait 10000 manat məbləğində olub. Pul mərhumun oğlu İlyasa verilib.
Xatırladaq ki, bir neçə gün əvvəl musiqiçi İlham Razi faciəvi şəkildə həyatını itirib. Bundan sonra Hüseyn həmkarlarına müraciət edərək onun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib.

