“Toyun axırıdır, gecə saat 12-də gəlib ata-ana segahı istəyirlər”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Gülzar Fərəcova “İncə səhər” verilişində deyib.
Sənətçi toy məclislərində prodüserlərin olmasına ehtiyac olduğunu bildirib:
“Bu gün müasir dünyada yaşayırıq, toylarımız da dəyişib. Düşünürəm ki, hər məclisin öz prodüseri olmalıdır. Nəyi, necə etmək üçün hər şey qabaqcadan ölçülüb-biçilməlidir – repertuara qədər. Bəzən el şənliklərimizdə muğam ifa edirsən, toy sahibi narahat olur və deyir ki, bunu bir az qısa et. Elə bilir o musiqiyə ayırdığın 10 dəqiqə ilə toy bitəcək, başqa mahnı istəyir. Hətta gəlib elə bayağı mahnılar istəyirlər ki, o mahnılar dəfələrlə məclislərdə ifa olunub. Bəzən də görürsən, toyun axırıdır, gecə saat 12-də gəlib ata-ana segahı istəyirlər. Yaxud da toy qurtarmaq üzrədir, gəlib deyirlər: “Zəhmət olmasa, “Qarabağ şikəstəsi” oxuyun”.
Nehru




