Mədəniyyət · AZƏRTAC

“Mixaylo”ya həsr olunan sənədli filmin təqdimatı olacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Mixaylo”ya həsr olunan sənədli filmin təqdimatı olacaq xəbəri üçün şəkil

Bakı, 30 oktyabr,

Noyabrın 2-də əfsanəvi partizan Mehdi Hüseynzadəyə (“Mixaylo”) həsr olunan “Onların Mehdisi, bizim Mixaylomuz” (“Njihov Mehdi, naš Mihajlo”) sənədli filminin premyerası keçiriləcək.

Kino Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, “RTV Slovenija”nın istehsal etdiyi film İkinci Dünya müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə vuruşmuş igid Azərbaycan oğlunun qəhrəmanlıq yoluna işıq salır.

Çəkilişlər 2026-cı ilin martında Bakıda, Abşeron rayonunun Novxanı kəndi, Oğuz və İsmayıllı rayonlarında aparılıb.

Sənədli filmin ərsəyə gəlməsinə Mədəniyyət Nazirliyi, nazirliyin tabeliyində Kino Agentliyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, Azərbaycan Dövlət Film Fondu və digər qurumlar tərəfindən dəstək göstərilib.

Filmin təqdimatı noyabrın 2-də Nizami Kino Mərkəzində baş tutacaq. Giriş sərbəstdir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑