Mədəniyyət · AZƏRTAC

Rəssam Samirə Allahverdiyeva: Uşaqlıq xatirələrim əsərlərimin əsas ilham mənbəyidir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rəssam Samirə Allahverdiyeva: Uşaqlıq xatirələrim əsərlərimin əsas ilham mənbəyidir xəbəri üçün şəkil

Bakı, 30 oktyabr,

“Meyvələr” kolleksiyasında nümayiş olunan əsərlərin yaradılmasında əsas ilham mənbəyim uşaqlıq xatirələrimdir. Nənəm xalçaçı olub. Onun toxuduğu xalçalar və danışdığı hekayələr məni həmişə ruhlandırıb.

Bunu AZƏRTAC-a açıqlamasında rəssam Samirə Allahverdiyeva deyib.

Rəssamın sözlərinə görə, nənəsi uşaqlıqda ona kənd həyatından, meyvələrin xalça üzərində qurudulmasından danışarmış. Nənəsi narın, heyvanın və digər meyvələrin əvvəlcə qurudulub evə gətirildiyini söyləyərmiş. Bu söhbətlər rəssamda meyvələrin xalça üzərindəki görüntüsünə böyük maraq oyadıb.

“Bu mövzu mənim üçün çox doğmadır və zamanla işlərimdə də əksini tapıb. Bir gün fərqinə vardım ki, uşaqlıq xatirələrimi özüm də əsərlərimdə təsvir edirəm. İstəyirəm ki, işlərimə, xalçalarıma baxanlar milli mədəniyyətimizi hiss etsin, hər kəs öz evindən, uşaqlığından, torpağından nələrsə xatırlasın”, – deyə rəssam əlavə edib.

Müxbir - Günel Alıyeva

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑